Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar.
FED.az xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenistan Respublikasının başçısına burada yaradılmış şərait barədə məlumat verdi.
Qeyd olundu ki, bura əvvəllər “Qara şəhər” kimi tanınıb. 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə çirklənmiş və vaxtilə çoxsaylı neft gölməçələrinin olduğu bu ərazidə Azərbaycan Prezidentinin təşəbbüsü ilə dünya miqyasında nadir ekoloji layihə icra olunaraq, müasir yaşayış massivi yaradılıb.
Xatırladaq ki, dünyada müasir şəhərsalma konsepsiyasının ən parlaq nümunələrindən biri olan “Bakı Ağ Şəhər” layihəsinin icrasına 2011-ci ilin sonundan başlanılıb.
Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və “ağıllı şəhər” prinsipləri əsasında hazırlanıb. “Bakı Ağ Şəhər”də geniş daxili küçələr, yaşıllıq sahələri, müasir beynəlxalq heykəltaraşlıq nümunələri yaradılıb və şəhərsalmanın ən son yenilikləri tətbiq olunub.





![İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/4325414.jpeg)
![İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/1044372.jpeg)
![İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/795234.jpg)
![İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/47717.jpg)
![İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/1650385.jpg)
![İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/1125728.jpg)
![İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/886328.jpg)
![İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/1966711.jpg)
![İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/4438798.jpeg)
![İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/2983021.jpg)
![İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/2646622.jpg)
![İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/3517207.jpg)








