Azərbaycanda İran kapitalı ilə fəaliyyət göstərən yeganə bank – İran Milli Bankının Bakı nümayəndəliyi 2026-cı ilin 3-cü rübünün nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 3 milyon 935 min manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 362 min manat və ya 8 faiz azdır.
Bu dövrdə bank aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalardan 701 min manat geri qaytarıb, bundan əlavə xarici valyuta əməliyyatlarından 20 min manat, haqq və komissiya gəlirlərindən isə 26 min manat əldə edib. Bankın inzibati xərcləri isə 1 milyon 412 min manat olub.
Bu ötən ilki ilə müqayisədə 151 min manat və ya 12 faiz artıqdır. Nəticədə 2026-cı ilin 9 ayınnı nəticələrinə görə İran Milli Bankının Bakı filialının mənfəəti 3 milyon 144 min manat olub. Ötən il isə bu rəqəm 4 milyon 378 min manat idi.
Oktyabrın 1-ə Bankın aktivləri ilin əvvəli ilə müqayisədə 6 milyon manat azalaraq 120 milyon manatdan 114 milyon manata enib.
Aktivlərin məbləği cüzi azalsa da, onnun tərkibendə ciddi dəyişiklik var.
Belə ki, bankın qiymətli kağızlara yatırımları ilin əvvəlindəki 22 milyon manatdan 76 milyon manata yüksəlib. Bu dövrdə İran bankı digər maliyyə institutlarında olan bütün pullarını geri alıb – və bu məğləğ ilin əvvəlindəki 55 milyon manatdan 400 min manata düşüb.
Bankın hesablarındakı nağd pullar isə 36 milyon manatdan 29 milyon manata enib. Başqa banklardan fərqli olaraq İran bankında kredit portfeli aktivlərin cüzi hissəsini təşkil edir – cəmi 2,8 milyon manat.
Bankın öhdəlikləri isə ilin əvvəlindəki 67 milyon manatdan 58 milyon manata enib.
2026-cı ildə əldə etdiyi 3 milyonluq mənfəət İran bankının kapitalındakı bölüşdürülməmiş zərər yükünü bir qədər yüngülləşdirib – 20 milyondan 17 milyon manata endirib.
Nəticədə bankın cəmi kapitalı 53 milyondan 56 milyon manata yüksəlib.




















