İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Merd Alliance" MMC-ni dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi, 8, nizamnamə kapitalı Bakıda valyuta mübadiləsi fəaliyyəti üçün müəyyən edilmiş minimum tələbə uyğun - 600 min manat, qanuni təmsilçisi isə Rəqsanə Abdulla qızı Məmmədovadır.
O, təxminən 1 il bundan əvvələ qədər "Level Leasing" ASC-nin səhmlərinin 10 %-nə nəzarət edib.
Ötən il 6 dəfə qaydaları pozan “exchange”nin vəzifəli şəxsi – YENİDƏN CƏRMƏLƏNDİ
"Merd Alliance" hələ ki, Azərbaycan Mərkəzi Bankından "exchange" lisenziyası almayıb.
Əlavə araşdırma zamanı mühüm məqam müəyyən edilib: “Merd Alliance” MMC əslində 10 aprel 2026-cı ildə qeydiyyata alınıb. Şirkətin ilkin nizamnamə kapitalı 660 min manat olub, 30 iyul 2026-cı ildə isə kapitalın 600 min manata endirilməsi barədə məlumat yayılıb. (Report)













