“Aqrarkredit” QSC-nin balansında olan əmlakların növbəti partiyası hərrac yolu ilə satışa çıxarılıb.
FED.az xəbər verir ki, bu dəfə hərraca Bakı və digər bölgələrdəki obyektlər, ofislər, mənzillər, ev və torpaqları satışa çıxarılıb. Satışa çıxarılan əmlakların qiyməti 120 min manatdan 4 milyon manatadək dəyişir.
Müsabiqəyə çıxarılan əmlaklar barədə məlumat
1. Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 391 nömrəli ünvanda yerləşən 2000 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 2.040.000,0 (iki milyon qırx min) manat.
2. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 nömrəli ünvanda yerləşən 1625.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Növbəti müsabiqədə qiymət –1.530.000,0 (bir milyon beş yüz otuz min) manat.
3. Şəki rayonunun Daşüz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 500 hektar torpaq sahəsi (örüş yeri) üzərində icarə hüququ. Əmlak yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 346.000,0 (üç yüz qırx altı min) manat.
4. Şəki şəhərinin Salman Mümtaz küçəsində 29,8 hektar sahəsi (yaşayış məntəqələrinin torpaqları). Əmlak yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 3.235.000,0 (üç milyon iki yüz otuz beş min) manat.
5. Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 3,8666 hektar torpaq sahəsi (kənd təsərrüfatı təyinatlı torpaqlar). Əmlak yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 618.400,0 (altı yüz on səkkiz min dörd yüz) manat.
6. Bakı şəhərinin Nərimanov rayonu, Məmməd Araz küçəsi 95 nömrəli ünvanda yerləşən 1078.1 kv.m sahədən ibarət qeyri-yaşayış binası. Əmlaklar yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 4.060.000,0 (dörd milyon altmış min) manat.
7. Bakı şəhərinin Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, 41B.nömrəli (-2 səviyyə) ünvanda yerləşən 5948.3 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlaklar yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 650.000,0 (altı yüz əlli min) manat.
8. Bakı şəhərinin Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, 41B. (-1 səviyyə) nömrəli ünvanda yerləşən 5151.7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlaklar yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 700.000,0 (yeddi yüz min) manat.
9. Bakı şəhərinin Səbail rayonu, Zərifə Əliyeva küçəsi 3 nömrəli ünvanda yerləşən 412.8 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlaklar yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 1.690.500,0 (bir milyon altı yüz doxsan min beş yüz) manat.
10. Bakı şəhərinin Xətai rayonu, Çingizxan Kərimov küçəsi, giriş 7A (zirzəmi) nömrəli ünvanda yerləşən 1025.5 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlaklar yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 358.400,0 (üç yüz əlli səkkiz min dörd yüz) manat.
11. Abşeron rayonunun Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 7-ci km, "Abşeron Gənclər şəhərciyi" yaşayış kompleksi, 5 (avtodayanacaq-1) nömrəli ünvanda yerləşən 1624.1 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlaklar yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 567.000,0 (beş yüz altmış yeddi min) manat.
12. Abşeron rayonunun Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 7-ci km, "Abşeron Gənclər şəhərciyi" yaşayış kompleksi, 7 (avtodayanacaq-3) nömrəli ünvanda yerləşən 1155.7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlaklar yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 399.000,0 (üç yüz doxsan doqquz min) manat.
13. Bakı şəhərinin Nərimanov rayonunun Əliyar Əliyev küçəsi, giriş 201C nömrəli ünvanda yerləşən 242.3 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi.Əmlak yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 390.103,0 (üç yüz doxsan min bir yüz üç) manat.
14. Bakı şəhərinin Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 195X nömrəli ünvanda yerləşən 60.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 102.312,0 (bir yüz iki min üç yüz on iki) manat.
15. Bakı şəhərinin Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 197B nömrəli ünvanda yerləşən 214.8 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 345.828,0 (üç yüz qırx beş min səkkiz yüz iyirmi səkkiz) manat.
16. Bakı şəhərinin Nərimanov rayonu, Əliyar Əliyev küşəsi 65, 3 nömrəli ünvanda yerləşən 418.1 kv.m və 244.1 kv.m sahədən ibarət 2 qeyri-yaşayış sahəsi bir lot üzrə. Əmlak yüklü deyil.
Növbəti müsabiqədə qiymət müvafiq olaraq - 750.000,0 (yeddi yüz əlli min) manat və 384.458,0 (üç yüz səksən dörd min dörd yüz əlli səkkiz) manat.
17. Bakı şəhərinin Nəsimi rayonu, Bəşir Səfəroğlu küşəsi 174 nömrəli ünvanda yerləşən 493.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 1.880.000,0 (bir milyon səkkiz yüz səksən min) manat.
18. Bakı şəhərinin Nərimanov rayonu, Sabit Rəhman küçəsi 68c nömrəli ünvanda yerləşən, 176.1 kv.m sahədən ibarət fərdi yaşayış evi. Əmlak yüklü deyil.
Növbəti müsabiqədə qiymət – 380.000,0 (üç yüz səksən min) manat.
19. Bakı şəhərinin Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A nömrəli məhəllə, 3 nömrəli ünvanda yerləşən, 75.50 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət - 127.176,0 (bir yüz iyirmi yeddi min bir yüz yetmiş altı) manat.
20. Bakı şəhərinin Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A nömrəli məhəllə, 3 nömrəli ünvanda yerləşən, 169.30 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 284.424,0 (iki yüz səksən dörd min dörd yüz iyirmi dörd) manat.
21. Bakı şəhərinin Xətai rayonu, Xudu Məmmədov küçəsi, 172C nömrəli ünvanda yerləşən, 170 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 285.600,0 (iki yüz səksən beş min altı yüz) manat.
22. Bakı şəhərinin Xətai rayonu, Xudu Məmmədov küçəsi 2944A nömrəli məhəllə, 3 nömrəli ünvanda yerləşən, 190 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 319.200,0 (üç yüz on doqquz min iki yüz) manat.
23. Bakı şəhərinin Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A nömrəli məhəllə, 3 nömrəli ünvanda yerləşən, 360 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 604.800,0 (altı yüz dörd min səkkiz yüz) manat.
24. Bakı şəhərinin Xətai rayonu, Xudu Məmmədov küçəsi, 184H nömrəli ünvanda yerləşən, 116.30 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 179.102,0 (bir yüz yetmiş doqquz min bir yüz iki) manat.
25. Bakı şəhərinin Xətai rayonu, Xudu Məmmədov küçəsi, 184X nömrəli ünvanda yerləşən, 192,30 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 296.142,0 (iki yüz doxsan altı min bir yüz qırx iki) manat.
26. Bakı şəhərinin Xətai rayonu, Xudu Məmmədov küçəsi, 174D nömrəli ünvanda yerləşən, 351 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 540.540,0 (beş yüz qırx min beş yüz qırx) manat.
27. Bakı şəhərinin Xətai rayonu, Xudu Məmmədov küçəsi, 174C nömrəli ünvanda yerləşən, 85.50 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlaklar yüklü deyil.
Start qiymət – 131.670,0 (bir yüz otuz bir min altı yüz yetmiş) manat.
Ərizələrin qəbulunun başlanma və bitmə tarixi: 12 oktyabr 2026-cı il saat 10.00-dan 6 noyabr 2026-cı il saat 17.00-dəkdir.
Müsabiqə qalibinin müəyyən edilməsi tarixi və saatı: 12 noyabr 2026-cı il saat 11.30-dur.
Müsabiqənin keçirildiyi ünvan: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, AZ-1022 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 135.
Əmlakla, onun növü və parametrləri ilə bağlı sənədlərlə tanış olmaq qaydası və müddəti: sənədlərə 2026-cı il oktyabrın 12-dən noyabrın 6-dək, həftənin 3 və 5-ci günləri, “Aqrarkredit” QSC-nin baş ofisində, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanda baxılmalıdır.
Əlaqələndirici şəxs: Şahin Seyidov: 050-235-99-90.
Əhəd Vəhədzadə: 050-374-27-27.
İddiaçılar qarşısında irəli sürülən şərtlər
1. İddiaçı tərəfindən aktivin elan olunan ilkin satış dəyərinin 0,5% faizi həcmində beh məbləği ödənilməlidir. Müsabiqənin qalibi hər hansı səbəbdən aktivi almaqdan imtina etdiyi halda onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır.
2. İddiaçılar tərəfindən təqdim edilmiş təklifdə aktiv üçün təklif olunan məbləğ aydın şəkildə rəqəm və Azərbaycan dilində sözlə yazılmalı, iddiaçılar və ya onların etibarnamə ilə nümayəndələri tərəfindən imzalanmalıdır. Sözlə rəqəm arasında fərq aşkar edildikdə, sözlə ifadə olunmuş yazı əsas götürülür. Təklif müsabiqənin keçirilməsi haqqında məlumatda göstərilən müddət ərzində imzalanmış (hüquqi şəxsdirsə möhürlənmiş) qapalı zərfdə “Aqrarkredit” QSC-yə təqdim edilməlidir.
3. Bir iddiaçı müsabiqədə iştirak etmək üçün yalnız bir ərizə verə bilər. İddiaçı Müsabiqə Komissiyasına yazılı bildiriş verməklə ərizələrin qəbulu müddəti bitənədək ərizəsini geri götürə bilər.
4. Müsabiqə günü iddiaçı və ya onun etibarnamə ilə nümayəndəsi müsabiqədə iştirak etməlidir. Təqdim edilmiş zərflər iddiaçılar və ya onların etibarnamə ilə nümayəndəsinin iştirakı ilə açılır.
5. Müsabiqə zamanı aktivin start qiymətindən ən yüksək qiymət təklif etmiş iddiaçı müsabiqənin qalibi elan olunur. İddiaçılar tərəfindən təqdim edilmiş təkliflər eyni məbləğ olduqda həmin iddiaçılar aktiv üçün təklif olunan məbləği göstərməklə yenidən təklif təqdim edirlər. Bu zaman da təklif məbləğləri eyni olduqda proses fərqli təklif olanadək davam etdirilir. Yenidən təklif verməkdən imtina edən iddiaçı müsabiqədə iştirak etmir.
6. Müsabiqənin qalibi aktivin dəyərinin 30 (otuz) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanət verməlidir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər
1. İddiaçının ərizəsi (ərizə forması “Aqrarkredit” QSC tərəfindən veriləcək).
2. İddiaçının şəxsiyyətini təsdiq edən sənəd.
3. Təklif olunan qiymət (bağlı zərfdə rəqəmlə və sözlə göstərilməklə).
4. İddiaçı tərəfindən ödənilmiş beh məbləğini təsdiq edən qəbz.
5. Etibarnamə (nümayəndə iştirak etdikdə).
Qeyd: iddiaçı hüquqi şəxs olduqda - (dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə, qanuni təmsilçinin və ya nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd (surəti);
Beh ödənilməsi üçün bank revizitləri
Kod - 501587
VÖEN - 1300025711
SWIFT BIC - ACJTAZ22
M/h - Mərkəzi Bankda:
AZ45NABZ 01350 1000 000 000 35944
H/h - AZ67ACJT45019192794010094401
Ünvan: Bakı şəhəri, AZ 1006, Qədirli küçəsi 125.













