Azərbaycanın hələlik yeganə böyük şpris istehsalçısı olan “DİAMED CO” MMC şirkəti 2022-ci ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, ölkə əças tibbi ləvazimatlardan birinin – şprislərin istehsalçısı əvvəlki ildə olduğu kimi, 2022-ci ili də sabit böyük mənfəətlə başa vurub.
Hesabat dövründə “DİAMED CO” MMC şirkəti 7 milyon 690 min manatlıq satış edib.
2021-ci illə müqayisədə satışın həcmi 650 min manat və ya təqribən 9% artıb.
Satışın maya dəyəri isə təqribən 5 milyon manat olub. Nəticədə şirkətin satışdan xalis gəliri 2 milyon 734 min manat olub.
2022-ci ildə “DİAMED CO” MMC-nin inzibati xərcləri böyük olmayıb – cəmi 528 min manat.
Əvəzində şirkət məzənnə fərqindən 41 min manat itirib. Bundan başqa, şirkətin 50 min manat sair gəlirləri, 38 min manat isə maliyyə xərcləri olub.
Nəticədə “DİAMED CO” MMC 2022-ci ili 2 milyon 176 msn manat xalis mənfəətlə başa vurub.
2021-ci illə müqayisədə “DİAMED CO” MMC-nin xalis mənfəəti təqribən 10% azalıb – əvvəlki ilə xalis mənfəətə 2,4 milyon manatı keçmişdi.
Hesabatdan məlum olur ki, 2022-ci ildə “DİAMED CO” MMC-nin cəmi aktivləri 300 min manat artaraq 13 milyon manata yaxınlaşır.
Cəmi kapitalı isə 1,4 milyon manat azalaraqa ötən ilki 11 milyon manatdan 9,6 milyon manata enib. Böyük ehtimalla bu – müəssisə sahibinin yığılmış mənfəətin bir hissəsini götürməsi ilə bağlıdır.
Əvəzində 2022-ci ildə “DİAMED CO” MMC-nin öhdəlikeləri 2 dəfə artaraq əvvəlki ildə olan 1,7 milyon manatdan 3,4 milyon manata yüksəlib. Səbəbi odur ki, 2022-ci ildə “DİAMED CO” MMC 2 milyon manat borc alıb.
https://fed.az/upload/others/Hesabatlar/diamed_co_2022/Diamed_Co_2.png