ABŞ-nin Azərbaycandakı səfirliyi Şükran Gününün qeyd olunması ilə əlaqədar noyabrın 26-dan 27-dək bağlı olacaq.
FED.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Nəzərinizə çatdırırıq ki, Şükran Günü münasibətilə ABŞ-nin Bakıdakı səfirliyi 26 və 27 noyabr tarixlərində bağlı olacaq. Hər kəsə xoş və sevincli Şükran Günü arzulayırıq!", - məlumatda bildirilib.













