Hadisə

Sahib Rəhimov - VƏFAT EDİB

Sahib Rəhimov - VƏFAT EDİB | FED.az
11:28 8 Aprel 2020

Görkəmli əməkdar inşaatçısı, prezident təqaüdçüsü Sahib Rəhimov vəfat edib.

FED.az xəbər verir ki, S. Rəhimov dünən rəhmətə gedib.

Qeyd edək ki, Sahib Rəhimov 1937-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Azərbaycan Sənaye Universitetini bitirdikdən sonra Meliorasiya və Su Təsərrüfatı komitəsində əmək fəaliyyətinə başlayıb. Sahib Rəhimov əmək fəaliyyəti dövründə müxtəlif dövlət strukturlarında rəhbər vəzifəsində çalışıb. Azərbaycan Respublikası Aqrotikinti Komitəsində sədr müavini, Azərbaycan Respublikası Tikinti Komitəsində sədr müavini, Azərbaycan Respublikası İnşaat Materialları nazirliyində nazir müavini, Heydər Əliyevin fərmanı ilə 1999-cu ildə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini təyin edilib və 2009-cu ilə qədər bu vəzifədə çalışıb. Ölkə prezidenti İlham Əliyev tərəfindən 2007-ci ildə Sahib Rəhimov uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə III dərəcəli “Vətənə xidmətə görə”ordeni ilə təltif edilib. Görkəmli insan, əməkdar inşaatçı, prezident təqaütçüsü  Sahib Rəhimov onunla birgə fəaliyyət göstərən yoldaşlarının, dostlarının və yaxın əzizlərinin xatirəsində hər zaman xoş xatirələr ilə qalacaq.

Allah rəhmət eləsin.

Digər xəbərlər