“Metak” şirkətinin əməkdaşı hündürlükdən yıxılması nəticəsində ölüb.
Eləcə də bax: İşçiləri sığortalamaq neçəyədir? - PEŞƏLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyulun 18-i saat 22 radələrində rayonun Böyükşor qəsəbəsi ərazisində yerləşən “Metak” MMC-də qaynaqçı işləyən, 1986-cı il təvəllüdlü Vüqar Paşayevin xəsarət alması və aldığı xəsarətlərdən iyulun 28-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Vüqar Paşayev MMC-nin boru istehsalı sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq xəsarətlər alıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə istintaq davam edir. (Report)