Azərbaycanda baş verən güclü zəlzələ daha çox Şamaxıda fəsadlara səbəb olub.
FED.az xəbər verir ki, zəlzələ ocağı Basqal kəndindən 5 km şimal-qərbdə yerləşib. Zəlzələnin maqnitudası 5,1 bal olsa da, episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib.
Yeraltı təkanlar Şamaxıda rayon mərkəzində, Qəleybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində daha çox dağıntılara səbəb olub.
Eləcə də bax: FHN: Zəlzələ nəticəsində dəymiş ziyanla bağlı araşdırma aparılır
Məlumata görə, rayon mərkəzində bir neçə mağazaya külli miqdarda ziyan dəyib. Ərzaq məhsulları rəflərdən dağılaraq yararsız hala düşüb.
Hazırda dağıntılarla əlaqədar yaradılan fövqəladə komissiya uçqunların baş verdiyi evlərə baxış keçirir, onların sayı və dəyən ziyanın miqdarı ilə bağlı dəqiqləşdirmələr aparır.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da dağıntılar olan ərazilərə baş çəkib, müvafiq tapşırıqlar verib.
Eləcə də bax: İsmayıllı səhəri zəlzələ ilə açdı - NÖVBƏTİ TƏKAN
Digər məlumata görə, zəlzələ zamanı 6 nəfər xəsarət alıb. Xəsarət alan 6 nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlarda əsasən qol və ayaqlardan sınıq diaqnozudur.