Fevralın 6-da Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində 3,9 bal gücündə zəlzələ qeydə alınıb.
FED.az-ın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar əsasən yerli vaxtla saat 04:25-də qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Eləcə də bax: FHN: Zəlzələ nəticəsində dəymiş ziyanla bağlı araşdırma aparılır