Kaliforniyada yanğınlar nəticəsində dəyən ziyan 135-150 milyard dollar olacağı proqnozlaşdırılır.
Kaliforniyadakı yanğınlar - 50 MİLYARD DOLLARDAN ÇOX ZƏRƏR VURUB
FED.az xəbər verir ki, bu barədə “AccuWeather” xidməti məlumat yayıb. Yanğınlar 10 nəfərin ölümünə, 10,000-dən çox ev və obyektin məhvinə səbəb olub.
Palisades və Eaton yanğınları 30,000 akrdan çox ərazini külə çevirib, minlərlə insan evlərindən təxliyə edilib. Pacific Palisades və Malibu kimi məşhur bölgələrdə bütöv məhəllələr məhv olub.
Rəsmilər hələ yanğınların səbəbini araşdırır, lakin dağıntının miqyası böyükdür. Yanğınların tam nəzarətə alınması üçün işlər davam edir.