Los-Anceles bölgəsində davam edən meşə yanğınlarının ümumi zərər və iqtisadi itki 52 milyard ilə 57 milyard dollar arasında qiymətləndirilir.
Kaliforniyada meşə yanğınları davam edir - Los-Ancelesdə məşhur "Studio City" yanır
FED.az xəbər verir ki, AccuWeather-in məlumatına görə, əgər yanğınlar sıx məskunlaşmış ərazilərə yayılsa, bu rəqəm daha da arta bilər. İndiyə qədər ən azı beş nəfər həyatını itirib və 50,000-dən çox insan evakuasiya edilib.
Cənubi Kaliforniyada elektrik enerjisi problemi yaranıb. Təxminən 170,000 Southern California Edison müştərisi elektrik enerjisiz qalıb. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildəki Maui yanğınlarının zərəri 13-16 milyard dollar arasında, 2020-ci ildə ABŞ-ın qərbindəki yanğınların təsiri isə 130-150 milyard dollar təşkil etmişdi.
Əgər əlavə strukturlar yanarsa, bu, Kaliforniya tarixində ən böyük iqtisadi itkiyə səbəb ola biləcək yanğınlardan biri kimi qiymətləndirilə bilər. Yanğınlarla mübarizə hələ də davam edir.