Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib.
FED.az xəbər verir ki, bu barədə yaxınları məlumat veriblər.
Bildirilib ki, N.Qurbanov bu gecə 65 yaşında həyatını itirib.
Qeyd edək ki, Nəriman Qurbanov Əməkdar dövlət qulluqçusudur, uzun illər bir sıra dövlət qurumlarında rəhbər vəzifələrdə çalışıb.
N.Qurbanov yazıçı və ssenarist, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru vəzifəsində çalışmış Əhmədağa Muğanlının oğludur. (Report)












