Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu da ötən ilin eyni dövrünə nisbətən 56 milyon manat və ya 0,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 260 milyon manat və ya 5,8 % artıb, idxal isə 204 milyon manat və ya 7,7% azalıb.
Son nəticədə xarici ticarətdə 2 milyard 333 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 464 milyon manat və ya 24,8 % çoxdur.