Dövlət Gömrük Komitəsi vətəndaşların diqqətinə çatdırır ki, “Dərman vasitələri haqqında” Qanunun 9.4-cü bəndinə əsasən Azərbaycana gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər, bu zaman heç bir sənəd tələb olunmur.
Gömrük Komitəsindən ölkəyə dərman gətirənlərlə bağlı – YENİ AÇIQLAMA
Vətəndaşın xaricdən özünün gətirdiyi dərmanlarda 800 dollar, karqo ilə gətirildiyi halda isə 300 dollarlıq limit var.
Bu barədə FED.az-a Dövlət Gömrük Komitəsindən bildirilib. Komitədən bildirilib ki, vətəndaşlar bu məbləğ limitini keçməmək şərtilə, eləcə də dərmanların həcmi reseptdə göstərilən həcmi keçməmək şərtilə xaricdən şəxsi istifadə üçün dərman preparatları gətirə bilərlər.
Bu zaman vətəndaşlar dərmanların qiymətini və ümumi məbləği təsdiqləmək üçün hökmən alqı-satqı çeklərini, məsələn, aptekdən alınan zaman verilən qəbzləri özləri ilə gətirib təqdim etməlidirlər.
Bundan başqa, vətəndaşlar 800 dolları keçməmək şərtilə reseptdə yazılan bütün müalicə kursu üçün dərmanları gətirə bilərlər: «Adətən limit olaraq 1 ay üçün istifadə olunan həcm əsas götürülür, amma əgər resptdə dərmanların sayı və adı dəqiq göstərilibsə, müalicə yazılan şəxsin də adı göstərilibsə, yəni heç bir şübhə yoxdursa, dərmanlar ölkəyə buraxılır»-deyə komitədən bildirilib.
Bundan başqa, xaricdən dərmanın gətiriməsi üçün vətəndaşın təqdim etdiyi resept də tələblərə cavab verməlidir. Belə ki, reseptlər möhürlü və imzalı olmalıdır.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az