Bu ilin ilk 10 ayında Azərbaycandan 50,2 milyon dollar həcmində 795,6 min ton sement ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7 milyon dollar və ya 16,3%, miqdar ifadəsilə isə 100 min ton, başqa sözlə 14,4% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 43,1 milyon dollar dəyərində 695,7 min ton sement ixrac olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi sementin 1 kiloqramının orta ixrac qiyməti 11 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə də bu rəqəm təxminən eyni olub. Qiymətdə cüzi – 1,7%-lik artım müşahidə edilib.
Bu il 10 ayında ümumi ixracın 0,23%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,68%-i sementin payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,19% və 1,54% olmuşdu.










