Bu ilin ilk 10 ayında Azərbaycandan 27,5 milyon dollar həcmində 12 min ton pambıq ipliyi ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq ipliyi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2,2 milyon dollar və ya 8,8%, miqdar ifadəsilə isə 1,8 min ton, başqa sözlə 17,8% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 25,2 milyon dollar dəyərində 10,2 min ton pambıq ipliyi ixrac olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin 1 kiloqramının orta ixrac qiyməti 3 manat 88 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4 manat 20 qəpik idi. Bu da illik müqayisədə 32 qəpik və ya 7,6% ucuzlaşma deməkdir.
Bu il 10 ayında ümumi ixracın 0,13%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,92%-i pambıq ipliyinin payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,11% və 0,90% olmuşdu.











