Gün ərzində orta hesabla 20-25 min bağlama gömrük nəzarətindən keçirilir.
Qanunsuz yolla ölkəyə gətirilməyə cəhd olunan valyutanın həcmi açıqlanıb
FED.az xəbər verir ki, bunu Hava Nəqliyyatı Baş Gömrük idarəsinin Logistika Mərkəzinin Gömrük Postunun rəisi Rövşən Mahmudzadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar ayından Risk Analiz Sistemi (ARAS) vasitəsilə poçt bağlamalarına gömrük nəzarəti həyata keçirilir: "Gömrük yoxlamaları risk əsaslı sistem vasitəsilə təşkil olunur. Daşıyıcı şirkətlər tərəfindən həmin bağlamalar gömrük yoxlamasına təqdim olunur.
O qeyd edib ki, ARAS-ın istifadəyə verilməsindən sonra cari ildə 300 min manatdan çox əlavə gömrük ödənişləri dövlət büdcəsinə daxil olub: "Ay ərzində bağlamalarla bağlı yarım milyon manatdan çox gömrük ödənişi büdcəyə daxil olur". (Apa)









