Gömrük yoxlamaları nəticəsində bu ilin ilk 6 ayında 1234 inzibati xəta, 54 cinayət faktı müəyyən edilib.
FED.az xəbər verir ki, bunu media nümayəndələrinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediaturu zamanı Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli deyib.
O bildirib ki, dövr ərzində ölkəyə 261 412 ABŞ dolları, 21 728 avro və 100 000 funt sterlinq pul vəsaitlərinin qeyri-leqal yolla keçirilməsinin qarşısı alınıb.
Eyni zamanda,145 qutu güclü təsiredici dərman 1520 konvolyut dərman preparatı, 11 520 ədəd siqaret, 17 kiloqram balıq kürüsü, 1185 ədəd mobil telefonun ölkəyə keçirilməsinin qarşısı alınıb.
Zərgərlik məlumatları üzrə isə 1 337 karat brilliant, 1544 qram qızılın ölkəyə qeyri-leqal yolla keçirilməsi faktı aşkarlanıb. (Apa)









