2023-cü ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (402,5 milyon ABŞ dolları) birinci olub.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir.
Bu siyahıda qızıl (162,8 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (162 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Bundan başqa xarici ölkələrə 122,7 milyon dollarlıq xurma, 122,4 milyon dollarlıq pambıq mahlıcı və 119,6 milyon dollarlıq meşə fındığı ixrac olunub.
İxracı ən kəskin artın mallar sırasında minik avtomobilləri, mühərrikinin həcmi 2500 sm2-dən çox sıxılmaqdan alışan DYM-li (dizel) birinci olub. Bu məhsul dəyər ifadəsi ilə ixracında artım 5,6 dəfə olub. Elektrik enerjisinin ixracında artım 3,3 dəfə baş verib.
İlkin formalı propilen sopolimerlərinin ixracında 86,8%-lik artım baş verib.
Ən kəskin enişlər isə 2,5 dəfə azalma ilə karbamiddən və 31,8%-lik azalma ilə metil spirtində qeydə alınıb.
S/n |
Mallar |
2023-cü il yanvar-dekabr ayları (mln. dollar) |
2022-ci il yanvar-dekabr ayları (mln. dollar) |
Rəqəmlə (mln. dollar) |
Faizlə |
1 |
minik avtomobilləri, mühərrikinin həcmi 2500 sm2-dən çox sıxılmaqdan alışan DYM-li (dizel) |
63,4 |
11,4 |
52,0 |
456,1% (5,6 dəfə) |
2 |
elektrik enerjisi |
402,5 |
121,6 |
280,9 |
231,0% (3,3 dəfə) |
3 |
ilkin formalı propilen sopolimerləri |
93,6 |
50,1 |
43,5 |
86,8% |
4 |
xüsusi kütləsi 0,94 və ya daha çox ilkin formalı polietilen |
92,0 |
54,9 |
37,1 |
67,6% |
5 |
şaftalı |
51,4 |
32,9 |
18,5 |
56,2% |
6 |
alminium ərintilərindən düzbucaqlı piltələr |
52,9 |
43,6 |
9,3 |
21,3% |
7 |
ilkin formalı polipropilen |
109,9 |
91,4 |
18,5 |
20,2% |
8 |
meşə fındığı |
119,6 |
106,3 |
13,3 |
12,5% |
9 |
xurma |
127,2 |
113,4 |
13,8 |
12,2% |
10 |
alma |
57,2 |
52,0 |
5,2 |
10,0% |
11 |
polimerləşmədə ilkin formalı maddələr |
84,8 |
81,5 |
3,3 |
4,0% |
12 |
pomidor |
162,0 |
167,6 |
-5,6 |
-3,3% |
13 |
qızıl |
162,8 |
185,2 |
-22,4 |
-12,1% |
14 |
digər yağlar və məhsullar |
64,1 |
79,3 |
-15,2 |
-19,2% |
15 |
pambıq mahlıcı |
122,4 |
173,5 |
-51,1 |
-29,5% |
16 |
xüsusi kütləsi 0,94-dən az ilkin formalı polietilen |
63,4 |
91,7 |
-28,3 |
-30,9% |
17 |
metanol (metil spirti) |
89,9 |
131,9 |
-42,0 |
-31,8% |
18 |
karbamid |
83,0 |
209,7 |
-126,7 |
-60,4% (2,5 dəfə) |