2025-ci ilin I rübündə Azərbaycanın idxal əməliyyatlarının ümumi həcmi 5 milyard 663 milyon 235,5 min ABŞ dolları təşkil edib.
Azərbaycanın xarici ticarət dövriyyəsi 12 milyard dolları keçib
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu bu gün keçirilən Dövlət Gömrük Komitəsinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal gömrük və media” mövzusunda seminarda komitənin Daxilolmalara Nəzarət Baş İdarəsi əməkdaşı Ayaz Salmanov bildirib.
O qeyd edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artım deməkdir: “Belə ki, 2024-cü ilin I rübündə idxalın ümumi həcmi 3 milyard 711 milyon 671,9 min dollar olub.
Əlavə Dəyər Vergisi (ƏDV) üzrə ödənişlər də ciddi artım nümayiş etdirib. 2025-ci ilin I rübündə idxal üzrə ƏDV ödənişləri 2 milyard 806 milyon 980,7 min dollar təşkil edərək ümumi idxalın 49,6 faizini əhatə edib. Halbuki bu göstərici 2024-cü ilin eyni dövründə 753 milyon 403,8 min dollar və 20,3 faiz olub” .
Qurum rəsmisinin sözlərinə görə, idxal rüsumu üzrə də artım müşahidə olunub. 2025-ci ilin ilk rübündə bu göstərici 3 milyard 849 milyon 889,9 min dollar təşkil edərək ümumi idxalın 68 faizini təşkil edib. 2024-cü ilin I rübündə isə bu rəqəm 1 milyard 981 milyon 313,3 min dollar və 53,4 faiz olub.