Bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 12 milyard 48.87 milyon ABŞ dolları təşkil edib.
Xarici ticarət iştirakçıları üzrə şirkətlərin sayı artıb, fiziki şəxslərin sayı azalıb
Bu barədə FED.az Dövlət Gömrük Komitəsindən bildirilib.
Rəqəmlər göstərir ki, ticarət balansında ixrac üstünlük təşkil edir. İxrac əməliyyatlarının həcmi 6 milyard 385.90 milyon dollar olub. Ümumi xarici ticarət dövriyyəsində ixracın xüsusi çəkisi 53 faiz təşkil edib.
İdxal isə 5 milyard 662.97 milyon dollar səviyyəsində olub və bu, ümumi dövriyyənin 47 faizini əhatə edib.
Hesabat dövründə xarici ticarət saldosu müsbət olub – ixrac idxalı 722.93 milyon dollar üstələyib. Bu da ölkənin xarici ticarət fəaliyyətində müsbət balansı qoruduğunu göstərir.