2025-ci ilin yanvar-mart aylarında Azərbaycana 51 174,64 ton gübrə idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 928,45 ton və ya 8,3% çoxdur. Beləliklə, fiziki idxalda artım müşahidə edilib.
Birinci rübdə fiziki şəxslər tərəfindən Azərbaycana 500 milyon dollarlıq məhsul idxal edilib
Bu barədə FED.az Dövlət Gömrük Komitəsindən bildirilib.
Gübrə idxalının dəyəri isə ötən ilin ilk üç ayı ilə müqayisədə 28,8% artaraq 22 milyon 886,5 min dollar olub. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 17 milyon 775,28 min dollar idi. Yəni idxal dəyəri 5 milyon 111,22 min dollar və ya 28,8% artıb.
Gübrənin orta idxal qiyməti də yüksəlib. 2024-cü ildə bir ton gübrənin qiyməti 376 dollar (təxminən 6,40 manat/kq) olduğu halda, 2025-ci ildə bu göstərici 447 dollar (təxminən 7,60 manat/kq) təşkil edib. Bu isə hər kiloqram üzrə 1,20 manat və ya 18,9% bahalaşma deməkdir.
Əlavə olaraq qeyd edək ki, Azərbaycan ilk rüb ərzində 48,199 milyon ABŞ dolları dəyərində gübrə ixrac edib. Bu, 1 il əvvələ nisbətən 77,9 % çoxdur.