2025-ci ilin yanvar-mart ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal olunan mal və məhsulların dəyəri 498 milyon 822 min ABŞ dolları təşkil edib.
Azərbaycanda sadələşdirilmiş gömrük bəyannaməsi ilə bağlı mobil tətbiqin dizaynı dəyişdirilir
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu da ölkənin cəmi idxalının 8.8%-ni əhatə edib.
Eyni zamanda, bu müddətdə fiziki şəxslər tərəfindən ixrac 21 milyon 660 min ABŞ dolları olub ki, bu da cəmi ixracın 0,34%-i deməkdir. Məlumata əsasən, fiziki şəxslər tərəfindən ölkəyə idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 13.1% artıb, ixrac isə 16.6% azalıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın ümumi məhsul ixracı 6 milyard 385.9 milyon ABŞ dolları, idxalı isə 5 milyard 662.9 milyon ABŞ dolları təşkil edib. (Apa)