2023-cü ilin yanvar-dekabr aylarında 402,5 milyon dollar dəyərində elektrik enerjisi ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 121,6 milyon dollar 3,3 dəfə artıb.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə 121,6 milyon dollar dəyərində elektrik enerjisi ixrac edilib.
Təkcə dekabr ayında ixrac edilmiş elektrik enerjisinin dəyəri 23,2 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 33,5 milyon dollar və ya 2,4 dəfə azdır.