Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 5 milyard 255,7 milyon manat təşkil edib.
Bu il üzrə vergi və gömrük güzəştlərinin həcmi 7,5 milyard manata çatacaq
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % azdır.
Gömrük daxilolmaları proqnozdan 3,2 % az icra edilib.
Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 10 ay ərzində həmin məbləğin 79,6 %-i təmin olunub.












