Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 milyard 986 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu da ötən ilin eyni dövrünə nisbətən 303 milyon manat və ya 9,2 % azdır.
Xarici ticarət dövriyyəsinin 1 milyard 844 milyon ABŞ dolları ixracın, 1 milyard 142 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 32,9 milyon manat və ya 1,8 % azalıb, idxal isə 271 milyon manat və ya 19,2 % azalıb.
Son nəticədə xarici ticarətdə 702 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 237,7 milyon manat və ya 51,3 % çoxdur.