2023-cü ilin ilk 12 ayı ərzində (yanvar-dekabr) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 51 milyard 184 milyon ABŞ dolları təşkil eib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticarət əməliyyatlarının həcmi 1 milyard 502 milyon manat və ya 2,9% azalıb
Bunun da 33 milyard 898 milyon ABŞ dollarını xrac əməliyyatları, 17 milyard 285 milyon dollarını idxal əməliyyatları təşkil edib.
Əvvəlki ilin sonu ilə müqayisədə ixrac əməliyyatları 4 milyard 248 milyon manat (11,1%) azalıb, idxal əməliyyatları isə 2 milyard 745 milyon manat (18,9%) artıb.
İxrac idxalı üstələdiyindən saldo müsbət 16 milyard 613 milyon ABŞ dolları olub. Lakin müsbət saldo son bir ildə 23 milyard 607 milyon manat (29,6%) azalıb.