2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 26 milyon 991 min dollar dəyərində 10 min 918 ton pambıq ipliyi ixrac olunub.
11 ayda pambıq lifi ixracından əldə olunan gəlirlər 53% artıb - RƏQƏMLƏR
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pambıq ipliyi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3 milyon 382 min dollar və ya 11,6% azalıb, miqdar ifadəsilə isə 90 ton və ya 0,8% artıb.
2023-cü ilin 11 ayında isə Azərbaycandan 30 milyon 374 min dollar dəyərində 10 min 828 ton pambıq ipliyi ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin 1 kiloqramının orta ixrac qiyməti 4,20 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 4,76 manat idi (illik 56 qəpik və ya 11,8% ucuzlaşma).
Bu il ümumi ixracının 0,11%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 0,87%-i pambıq ipliyinin payına düşüb.