2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 169 milyon 965 min dollar dəyərində 113 min 981 ton pambıq lifi ixrac olunub.
11 ayda alma ixracından 53 milyon dollardan çox - GƏLİR ƏLDƏ EDİLİB
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 58 milyon 612 min dollar və ya 52,6% miqdar ifadəsilə 51 min 53 ton və ya 81,1% artıb.
2023-cü ilin 11 ayında isə Azərbaycandan 111 milyon 353 min dollar dəyərində 62 min 928 ton pambıq lifi ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi pambıq lifinin 1 kiloqramının orta ixrac qiyməti 2,53 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 3,00 manat idi (illik 47 qəpik və ya 15,7% ucuzlaşma).
Bu il ümumi ixracının 0,70%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5,50%-i pambıq lifinin payına düşüb.