Bu ilin yanvar ayında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 244,9 milyon dollar təşkil edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 166,9 milyon dollar və ya 40,5% azdır. 2025-ci ilin yanvarında bu göstərici 411,8 milyon dollar olmuşdu.
Hesabat ayında Azərbaycandan Rusiyaya 80,0 milyon dollarlıq məhsul ixrac edilib bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 milyon dollar və ya 2,2% azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 81,8 milyon dollar olmuşdu.
Bununla yanaşı Rusiyadan Azərbaycana 164,9 milyon dollarlıq məhsul idxal edilib.
2025-ci ilin yanvar ayına nəzərən 197,8 milyon dollar və ya 2 dəfə azalma qeydə alınıb. Həmin dövrdə bu göstərici 330,7 milyon dollar olmuşdu.










