2024-cü ilin 6 ayında xarici ticarət iştirakçılarının sayı 40 min 248 şəxs olub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir
Bu da 2023-cü ilin 6 ayı ilə müqayisədə 2 min 427 şəxs azalma deməkdir.
2024-cü ilin altı ayında xarici ticarət iştirakçılarından fiziki şəxslərin sayı 31 min 317 nəfər , hüquqi şəxslərin (şirkətlərin) sayı 8 min 931 şəxs olub. Hüquqi şəxslərin 8 min 741-i özəl sektordan, 190-ı dövlət sektorunun payına düşüb.
Xarici ticarət iştirakçısı olan fiziki şəxslərin sayı illik müqayisədə 3 min 135 şəxs, dövlət sektorundan hüquqi şəxs iştirakçıların sayı 33 şəxs azalıb. Bunun əksinə xarici ticarət iştirakçısı olan hüquqi şəxslərin sayı illik müqayisədə 708 şəxs, bundan özəl sektorda olan hüquqi şəxslərin sayı 7 min 941 şəxs arrtıbn
Qeyd edək ki, ötən ilin I yarısında xarici ticarət iştirakçılarının sayı 42 min 675, o cümlədən fiziki şəxslərin sayı 34 min 452, hüquqi şəxslərin sayı 8 223 olmuşdur. Hüquqi şəxslərin 8 000-i özəl sektordan, 223-ü dövlət sektorunun payına düşüb.