2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycandan 117 milyon 589 min dollar dəyərində 76 min 49 ton pambıq lifi ixrac olunub.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə pambıq lifi ixracı dəyər ifadəsilə 48 milyon 707 min dollar və ya 70,7%, miqdar ifadəsilə 39 min 11 ton və ya 105,3% (2,1 dəfə) artıb.
2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycandan 68 milyon 882 min dollar dəyərində 37 min 307 ton pambıq lifi ixrac olunmuşdu.
Bu ilin ilk yarımilinin nəticələrinə görə 1 kq pambıq lifinin orta ixrac qiyməti 2,63 manat təşkil eidb ki, bu da illik müqayisə ilə 0,53 manat (16,9%) azalıb.
Ötən ilin müvafiq dövründə orta ixrac qiyməti 3,16 manat idi.