Azərbaycanda idxal edilən iynəli və ya iynəsiz şprislər üçün tətbiq edilən xüsusi gömrük rüsumlarının müddəti uzadılıb.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Beləliklə, 31 dekabr 2024-cü ilə qədər plastmasdan iynəli və ya iynəsiz şprislərinin insulin üçün nəzərdə tutulan həcmi 2 millilitr və ya daha az olan 1 ədədi üçün 0,02 ABŞ dolları, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan 1 ədədi üçün 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan 1 ədədi üçün 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan 1 ədədi üçün 0,04 ABŞ dolları idxal gömrük rüsumu alınmalı idi. Bu müddət 31 dekabr 2029-cü ilə qədər uzadılıb.