Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 2 milyard 714,8 milyon ABŞ dolları dəyərində 34 min 83 kiloqram qızıl (digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qızıl idxalı həcm ifadəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 423 dəfə və ya 34 ton, məbləğ ifadəsi ilə 2 milyard 711 milyon 349 min dollar (796 dəfə) artıb.
2023-cü ilin 11 ayında 3 milyon 411 min dollar dəyərində 80 kq qızıl idxal edilmişdi.
Hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 79 min 651 dollar (135 min 406 dollar) təşkil edib ki, bu da illik müqayisədə 37 min 360 dollar (63 min 513 manat) və ya 88,2% çoxdur.