Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə dəyişikliklə bağlı protokolla 2 ölkə arasında əlavə yeni 15 növ sənaye və digər mallara gömrük güzəştləri tətbiq ediləcək.
Azərbaycan və Türkiyə daha 30 növ malın idxal və ixracını preferensial ticarət rejimi çərçivəsində həyata keçirəcək
FED.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, Preferensial Ticarət Sazişinə dəyişikliklə bağlı protokol bu ilin aprelində Türkiyənin Samsun şəhərində imzalanıb: “Bu sazişlə əsas hədəfimiz iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard dollara çatdırmaq və qeyri-neft ixracını da artımaqdır. Bu saziş nəticəsində böyük təcrübə qazanaraq gələcəkdə qeyri-neft sektoru mallarının ixrac arialını genişləndirməyə imkan verəcək”. (Report)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.