Bu ilin birinci yarısında Azərbaycandan ixrac olunan mal və məhsulların dəyəri 16 milyard 320,2 milyon dollar olub.
Apreldə Azərbaycanın ixracında rekord göstərici qeydə alınıb
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 442 milyon dollar və ya 26,7% artıb.
Xatırladaq ki, 2025-ci ilin yarısında Azərbaycandan ixracın həcmi 12 milyard 878,2 milyon dollar idi.
Qeyd edək ki, dövr ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi illik müqayisədə 261 milyon dollar və ya 1,1% artaraq 24 milyard 661,3 milyon dollara çatıb. Xarici ticarətin müsbət saldosu 6 milyard 623 milyon dollar, yaxud da 5,9 dəfə artaraq 7 milyard 979,1 milyon dollara bərabər olub.














