Bu ilin yanvar–iyun aylarında Azərbaycana idxal olunan məhsulların dəyəri açıqlanıb.
Daha az gübrə gətirildi, daha çox pul ödənildi - GÜBRƏ İDXAL DƏYƏRİ ARTDI
FED.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında ölkəyə ümumilikdə 12 milyard ABŞ dollarına yaxın mal idxal olunub. Bu məbləğin 5 milyard 715 milyon dollardan çoxu cədvəldə qeyd olunmayan müxtəlif digər malların payına düşür.
Məlumatlara əsasən, idxal dəyərinə görə ilk yeri “Maşın, mexanizm, elektrik aparatları və avadanlıqlar” tutur. Bu kateqoriyadan olan malların ölkəyə gətirilməsinə 1 milyard 691 milyon ABŞ dolları xərclənib. Bu, ümumi idxalın ən iri hissəsini təşkil edir.
İkinci sırada isə nəqliyyat vasitələri və onların hissələri gəlir – bu məhsullar üzrə idxal dəyəri 1 milyard 213 milyon dollar olub.
Üçüncü yerdə isə qara metallar və onlardan hazırlanan məmulatlar qərarlaşıb. Həm idxal dəyərinə, həm də miqdar baxımından bu məhsullar diqqət çəkir. Bu kateqoriyadan 474,7 min ton məhsul idxal olunub və bunun dəyəri 528 milyon dollar təşkil edib.
Miqdar baxımından idxalda liderlik buğdaya məxsusdur. 2025-ci ilin ilk 6 ayında Azərbaycana 602 min ton buğda idxal olunub. Bu məhsulun idxal dəyəri isə 130,6 milyon ABŞ dolları təşkil edib.
Digər yüksək həcmdə idxal edilən məhsullar arasında tərəvəz və meyvə də önə çıxır. Hesabat dövründə ölkəyə 239 min ton tərəvəz və meyvə gətirilib ki, bunun üçün 178,8 milyon dollar ödənilib.
Plastmassa və ondan hazırlanan məmulatlar üzrə idxal həcmi 149 min ton, dəyəri isə 274,9 milyon dollar olub və üçüncü sırada qərarlaşıb.
Daha detallı aşağıdakı cədvəldə:
Məhsulun adı |
Miqdar |
İdxal dəyəri (min ABŞ dolları) |
Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri |
- |
1 691 964 |
Nəqliyyat vasitələri və onların hissələri |
- |
1 213 705 |
Qara metallar və onlardan hazırlanan məmulatlar |
474 675.58 |
528 257 |
Plastmassa və onlardan hazırlanan məmulatlar |
149 125.28 |
274 861 |
Əczacılıq məhsulları |
10 036.62 |
259 390 |
Geyim əşyaları və geyim üçün ləvazimatlar |
- |
205 460 |
Tərəvəz və meyvə |
239 278.22 |
178 809 |
Oduncaq və ondan hazırlanan məmulatlar |
- |
178 290 |
Buğda |
602 255.06 |
130 661 |
Bitki və heyvan mənşəli piylər və yağlar |
77 066.74 |
119 050 |
Kərə yağı və süddən hazırlanmış digər yağlar |
13 554.90 |
94 601 |
Mebel və onun hissələri, min ABŞ dolları |
- |
72 201 |
Tütün və tütün məmulatları |
- |
56 765 |
Ət |
22 396.46 |
47 181 |
Gübrələr |
95 207.75 |
46 354 |
Çay |
7 051.37 |
42 851 |
Düyü |
30 692.84 |
29 043 |
Qarğıdalı |
36 853.85 |
13 941 |
Süd və qaymaq |
8 038.77 |
13 129 |