2021-ci ilin yanvar-avqust aylarında Azərbaycandan gömrükdə bəyan edilmiş qazın ixrac həcmi 13 milyard 241 milyon 763,48 min kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 47,2% çoxdur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 18,17%-i (2020-ci ilin yanvar-avqust ayında 17,24%) qaz ixracının payına düşüb.
Hesabat dövründə Azərbaycandan bəyan edilmiş qazın ixrac dəyəri $2 milyard 350 milyon 391,96 min (artım 38%) təşkil edib.
2021-ci ilin yanvar-avqust aylarında Türkiyəyə $1 milyard 89 milyon 818,18 min dəyərində 7 milyard 309 milyon 619,31 min kubmetr, Gürcüstana $268 milyon 509,14 min dəyərində 2 milyard 157 milyon 509,14 min kubmetr qaz ixrac edilib.
Qeyd olunan dövrdə İtaliyaya $836 milyon 241,79 min dəyərində 3 milyard 46 milyon 941,26 min kubmetr, Yunanıstana $127 milyon 571,4 min dəyərində 424 milyon 205,61 min kubmetr, Bolqarıstana $22 milyon 464,97 min dəyərində 150 milyon 749,16 min kubmetr qaz ixrac edilib. Beləliklə, 8 ay ərzində Avropaya $986 milyon 278,16 min dəyərində 3 milyard 621 milyon 896.03 min kubmetr həcmində qaz ixrac edilib.
Bundan əlavə, Azərbaycan İrana $5 milyon 786,28 min dəyərində 152 milyon 446,53 min kubmetr qaz ixrac edib.
Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz nəqlinə başlayıb. 2021-ci ildə Avropaya 5-5,5 milyard kubmetr Azərbaycan qazının ixrac edilməsi planlaşdırılır. (İnterfaks)