"Cənub Qaz Dəhlizi"nin bir hissəsi olan və Azərbaycan qazının Avropaya nəql olunduğu Trans-Adriatik qaz kəməri (TAP) olmasaydı, Avropada qaz qiymətləri daha yüksək olacaqdı.
FED.az-ın məlumatına görə, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.
Qazın qiyməti yeni rekord vurdu – 1000 DOLLARA YÜKSƏLƏ BİLƏR
O bildirib ki, TAP Avropa üzrə təbii qaz qiymətlərində fərqi sıfırlayıb:
"Sentyabrın 10-da Niderlandın TTF habı ilə İtaliyabnın PSV habında qiymət fərqi İtaliya ümün mənfi olub. TTF-də qazın qiyməti 1 meqavatt/saat üçün 58,23 avro olduğu halda, PSV-də bu rəqəm 57,68 avro idi. TAP istismarının ilk doqquz ayı ərzində İtaliyaya 20-25 milyon kubmetr qaz nəql edib. Hazırda TAP Yunanıstan-Türkiyə sərhədindən 5 milyard kubmetr qaz əldə edib. Bu töhfə olmasaydı qiymət fərqi daha böyük olacaqdı. TAP İtaliyanın qaz tələbatının 10-11 faizini təmin edəcək".
Avropada qaz qiymətlərinin artmasının səbəbləri barədə danışan L.Skyeppati qeyd edib ki, buna karbon tullantılarına görə təzminatın artması, Asiya istiqamətində mayeləşdirilmiş təbii qaz axını, Rusiyadan tədarükün azaldılması, Avropada ümumi tələbatın artması və hasilatın azalaması səbəb olub (Trend).