Türkiyədə yanacaq qiymətlərının artımı sürətlənib.
FED.az xəbərn verir ki, "Petrol Ofisi"nin məlumatlarına görə, dizel yanacağının qiyməti iyul ayından bəri 25 faiz artaraq 10 avqust tarixinə 1 litr üçün 80 TL-yə çatıb. Lirə manat məzənnəsinin 1 AZN/28 lirə olduğunu nəzərə alanda bu təqribən 2,86 manat deməkdir.
Benzinin qiyməti isə bundan aşağıdır – 68 lirə və ya 2,43 manat.
2026-cı ildə təxminən 50 TL ilə başlayan dizel yanacağı, xüsusən də iyul ayında sürətlənmiş artımla 80 TL səviyyəsinə çatıb. İyun ayının sonundakı 64,6 TL-dən dizel qiymətlərinin sürətlə artması dizel və benzin qiymətləri arasındakı fərqi iki rəqəmli səviyyəyə çatdırdı. 10 avqust tarixinə benzinin qiyməti litr üçün 68 TL və ya 2,43 manat olüub.
Yanacaq qiymətlərinin kəskin artmasında iki əsas amil diqqət çəkir. Birincisi, qiymət artımlarının neft qiymətlərinə təsirini məhdudlaşdırmaq üçün tətbiq edilən sürüşmə şkala sisteminin tədricən aradan qaldırılmasıdır. İkinci amil isə beynəlxalq neft bazarlarında artım tendensiyasıdır.
Dizel qiymətlərinin artması təkcə istehlakçılar üçün yanacaq xərclərini artırmaqla yanaşı, nəqliyyatdan tutmuş, kənd təsərrüfatına qədər geniş sektorlarda müəssisələrin xərclərini də artırır. İyun ayının sonunda 64,6 TL olan dizelin qiymətinin tez bir zamanda 80 TL həddini keçməsi, qarşıdakı dövrdə iqtisadiyyatın müxtəlif sahələrində xərc təzyiqlərinin hiss olunmağa davam edəcəyini göstərir.
Yanacaq qiymətlərindəki dəyişkənliyin nə qədər davam edəcəyi qlobal neft qiymətlərindəki inkişafdan, valyuta məzənnələrindən və vergi siyasətindən asılı olacaq.
Yanacaq qiymətlərinin artımı inflyasiyaya da təsirini göstərməyə başlşayıb. Belə ki, yanvar və fevral aylarında yanacaq qiymətinin bahalaşması inflyasiyaya 0,1 faiz bəndi təsir edib. Mart və aprel aylarında bu təsir 0,3 faiz bəndinə qədər artaraq ilin birinci yarısında ən yüksək səviyyəyə çatıb.












