ABŞ prezidenti Donald Trampın Rusya və Səudiyyə Ərəbistanının neft hasilatını kəskin azaldacağı haqqında bəyanatı neft bazarını alt-üst edib.
Bir qədər əvvəl mətbuat konfransında ABŞ prezidenti bildirib ki, iki ölkə ümumilikdə neft hasilatını 10 milyon barel azaldacaqlar: «Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını 10 milyon barel, bəlkə də daha çox azaldacaqlar».
Açıqlamadan dərhal sonra bir neçə dəqiqə ərzində Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 47% artaraq 36 dollara sıçrayıb. WTI neftinin qiyməti isə 35% artaqaq 27,4 dollara yüksəlib.
Bir qədər sonra qiymətlər 29-30 dollar arasına qayıtsa da, bu səhərki qiymətlərdən daha yaxşı səviyyədir.