Dünən jurnalistlərə açıqlama verən Donald Tramp bildirib ki, Avropa Birliyi (AB) əlavə gömrük tarifləri istəmirsə, daha çox Amerika nefti və mayeləşdirilmiş təbii qazını (LNG) almalıdır.
Tramp Milli Enerji Fövqəladə Vəziyyəti elan edib - BAYDENİN FƏRMANLARINI LƏĞV ETDİ
FED.az xəbər verir ki, "Onların edə biləcəyi tək şey neft və qazımızı almaqdır", - deyə Tramp açıqlamasında vurğulayıb.
ABŞ, dünyanın ən böyük xam neft istehsalçısı və mayeləşdirilmiş təbii qaz ixracatçısı kimi tanınır.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, ötən il verdiyi açıqlamada, ABŞ-dan LNG idxalının Rusiyadan alınan mayeləşdirilmiş təbii qazdan asılılığı azalda biləcəyini bildirib. Lakin yaxın dövrdə ABŞ-ın LNG ixrac potensialının artırılmasının çətin olduğu görünür.
Mütəxəssislərin qənaətinə görə, LNG əsasən uzunmüddətli müqavilələr əsasında satıldığından, əlavə qazın Avropaya yönləndirilməsi üçün mövcud alıcıların daşımaların marşrutunun dəyişdirilməsinə razılıq verməsi vacibdir.
Donald Tramp, enerji layihələri üçün icazə prosesini sadələşdirəcək və elektrik stansiyalarının inşasını sürətləndirəcək Milli Enerji Fövqəladə Vəziyyət elan olunması barədə fərman imzalayıb. Bu fərmana əsasən, ABŞ ərazisində daha çox neft və qaz yataqlarının kəşfinə icazə veriləcək və ölkə enerji istehsalı və ixracını artırmağı qarşısına məqsəd qoyub.