ABŞ Prezidenti Donald Tramp enerji layihələri (əsasən neft və qaz) üçün icazə tələblərini asanlaşdıracaq və elektrik enerjisi stansiyalarının tikintisini sürətləndirəcək Milli Enerji Fövqəladə Halının elan edilməsi haqqında fərmanı imzalayıb.
Tramp ilk fərmanları ilə «şok yaradacaq» - YENİ PREZİDENT AÇIQLADI
FED.az xəbər verir ki, Ağ Ev tərəfindən yayımlanan fərmanda bildirilib ki, ABŞ-da enerji istehsalı, nəqli və emalı sahəsində mövcud çatışmazlıqlar ölkənin iqtisadiyyatına, milli təhlükəsizliyinə və xarici siyasətinə ciddi təhlükə yaradır. Buna görə də ölkədə Milli Enerji Fövqəladə Vəziyyəti elan edilib.
Tramp, Alyaskanın təbii ehtiyatlarının işlənməsini nəzərdə tutan fərmanı imzalayaraq, ABŞ-ın keçmiş prezidenti Co Baydenin qərarı ilə qüvvəyə minmiş və geniş ərazi sularında neft və qaz hasilatını qadağan edən fərmanı ləğv edib.
Bundan əlavə, Tramp Bayden administrasiyasının 2030-cu ilə qədər yeni avtomobillərin yarısının sıfır emissiyalı olmasını və 2050-ci ilə qədər karbon emissiyalarını tamamilə aradan qaldırmağı hədəfləyən qərarlarını da qüvvədən salıb.