Dünya bazarında neftin qiyməti sürətlə artmaqdadır.
FED.az xəbər verir ki, bu gün əsas neft markaları 15-20% bahalaşıb.
Eləcə də bax: Azərbaycan neftinin qiyməti - «B PLANI»NA YAXINLAŞIR
Belə ki, Brent markalı neft hərraclarda 3,86 dollar və ya 14,2% bahalaşaraq 31 dolları keçib – 31,06 dollar. 
WTI markalı neftin qiyməti isə 3,9 dollar və ya 19,1% artaraq 24,3 dollara yüksəlib.
Bu son 20 gündə neftin ən yüksək qiymətidir.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








