Dünyanın neft bazarında qiymətlərin yüksəlməsi Azərbaycan neftinə də təsirini göstərib.
Eləcə də bax: Neftin ucuzlaşması Neft Fondunun - GƏLİRLƏRİNİ «VURDU»
FED.az xəbər verir ki, mayın 4-də birjalarda "Azeri Light" markalı neftin qiyməti yenidən artıb. Neftin qiyməti 0,6 dollar və ya 2,5% bahalaşaraq 24,1 dollar təşkil edib.
Xatırladaq ki, ötən həftə (27 aprel – 1 may) «Azeri Light» neftinin orta qiyməti 19,80 dollar olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 1,59 dollar yüksəkdir. Ötən həftə ərzində neftin ən yüksək qiyməti 23.5 dollar, aşağı qiyməti isə 16,2 dollar olub.
Xatırladaq ki, 2020-ci ilin dövlət büdcəsində azərbaycan neftinin qiyməti 55 dollar nəzərdə tutulub. Martın əvvəlində dünya bazarında Azərbaycan nefti 35 dollara satılanda Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov hökumətin makroiqtisadi sabitlik üçün «B Planı»na keçdiyini bildirmişdi.