Gürcüstanın paytaxtı Tbilisini təbii qazla təmin edən “Tbilisi Energy” şirkətinin abunəçiləri üçün istehlak tarifi artırılıb.
Eləcə də bax: Tbilisidə mənzillər - Bahalaşıb
FED.az xəbər verir ki, bu barədə qərarı Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası qəbul edib.
Qərara əsasən, hazırkı tarif 7,834 tetri artırılıb və ƏDV daxil olmaqla 53,972 tetri səviyyəsində müəyyən edilib.
İyunun 1-dən qüvvəyə minəcək yeni tarif 2022-ci ilin sonuna qədər qüvvədə olacaq.
“Tbilisi Energy” yaydığı bəyanatda tarif artımını aldığı qazı ucuz qiymətə satması ilə əlaqələndirib. Qeyd olunub ki, şirkət 34 tetriyə aldığı təbii qazı istehlakçılara 26 tetriyə satır. (Report)