"Socar Turkey Energy A.S." (Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədə işləyən “törəməsi”) İzmirdə Əliağa yarımadasında elektrik enerjisi obyektinin tikintisi ideyasına qayıdıb, elektrik stansiya 2018-ci ilin payızından işləyən STAR NEZ-ı qidalandıracaq, həmçinin yaxınlıqda “Merkuri” neft-kimya kompleksinin yaradılması layihəsi çərçivəsində istifadə edilə bilər.
Eləcə də bax: SOCAR 2020-ci il üçün planlarını açıqladı - MÜSAHİBƏ
Məlumatlı mənbədən ASTNA-ya məlum olub ki, layihəyə NEZ yaxınlığında qaz turbininin ümumi gücü 105,6 MVt (hər blok 52,8 MVt) olan iki blokun, dəyəri 100 mln. türk lirəsi olan (təxminən 17 mln. dollar) 169,6 MVt gücündə utilizasiya qazanının və 20 MVt-lıq buxar qurğusunun quraşdırılması daxildir.
Trend