Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnsan kapitalının inkişafı və funksional təkminləşdirmə Departamentinə rəhbər təyin edilib.
SOCAR və STP-nin birgə şirkətinə yeni rəhbər - TƏYİN EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu, Elnur Hüseynovdur.
E.Hüseynov buna qədər, adıçəkilən departamentin direktor müavini idi.
O, 2011-ci ilin iyunundan SOCAR-da müvafiq sahə üzrə çalışır. 2020-ci ilin aprelindən İnsan resursları departamentinin direktor müavinidir.
Elnur Hüseynov 2005-2008-ci illərdə Uels Universitetinin Biznesin idarə edilməsi üzrə bakalavr, 2014-2018-ci illərdə Edinburqda Heriot-Vatt Universitetində Biznesin idarə edilməsi və insan resursları üzrə magistr dərəcələrinə yiyələnib.
O, 2017-2018-ci illərdə Vaşinqtondakı Corc Vaşinqton Universitetində Layihənin idarəedilməsi üzrə sertifikat (magistr) əldə edib.