2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,5% - 2 milyard 417 milyon manata qədər (cari məzənnə ilə $1 milyard 421,7 milyon) artıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə birbaşa qovulan benzin (nafta) istehsalında 55,4% - 247,4 min tona qədər, dizel yanacağı istehsalında 11,9% - 1 milyon 458,7 min tona qədər, təyyarə yanacağı 3,9% - 291,3 min tonadək, sürtkü yağı istehsalında 1,9 dəfə – 30,6 min tona qədər, neft bitumu 14,3% - 197,1 min tona qədər, neft koksu istehsalında 21,1% - 153,7 min tona qədər artım qeydə alınıb.
Yanvar-iyul aylarında 690,1 min ton (azalma 3,6%) avtomobil benzini, 25,5 min ton (azalma 39%) soba mazutu istehsal edilib.
2021-ci il avqustun 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 31,2 min ton avtomobil benzini, 1,3 min ton nafta, 36,5 min ton təyyarə yanacağı, 97,9 min ton dizel yanacağı, 11,4 min ton soba mazutu, 6,9 min ton sürtkü yağı, 19,1 min ton neft bitumu, 16,1 min ton neft koksu var.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.* (İnterfaks)